İcra orqanları ilə iş şöbəsinin hüquqşünası / aparıcı hüquqşünası
at
ABB
Contractual
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
Problemli kreditlərlə bağlı Bankın xeyrinə çıxarılan məhkəmə qərarlarının icra olunması üçün lazımi tədbirləri həyata keçirmək;
Problemli kreditlərlə bağlı Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlardan şikayət vermək;
Problemli kreditlərlə bağlı qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə bağlı verilən tapşırıqları yerinə yetirmək;
Tələbin borcluların gəlirlərinə və əmlaklarına yönəldilməsi üçün zəruri hüquqi addımların atılmasını təmin etmək;
Problemli kreditlərlə bağlı keçirilən hərraclarda qanunvericiliyə müvafiq olaraq iştirak etmək və zəruri tədbirləri görmək.
Bizim üçün uyğun namizəd:
Ali hüquqi təhsilə;
Azərbaycan dilində yüksək, rus dilində orta səviyyədə biliklərə;
MS Office yüksək səviyyədə iş bacarığına sahib olan şəxsdir.