Məhkəmələr və dövlət orqanları ilə iş şöbəsi üzrə hüquqşünas
at
ABB
Contractual
Elanın bitmə vaxtı
4 həftə sonra
İş haqqında
• Məhkəmələr, dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrlə hüquqi müstəvidə işin təşkilini təmin etmək, onlardan daxil olan sorğuları və müraciətləri hüquqi ekspertizadan keçirmək və cavablandırmaq, habelə bununla bağlı vahid reyestri yaratmaq və aparmaq;
• Məhkəmə qərarlarının icrası ilə bağlı Bankın digər struktur bölmələrindən daxil olan sorğuları cavablandırmaq;
• Banka daxil olan icra sənədlərinin hüquqi ekspertizasını həyata keçirmək və icra edilməli olan icra sənədlərini aidiyyəti üzrə Bankın müvafiq struktur bölmələrinə təqdim etmək;
• Bankın təsis sənədlərini, çıxarışlarını, lisenziyalarını və digər sənədlərini notariat qaydasında tərcümə və təsdiq edilməsi üçün hazırlamaq;
• İdarə Heyəti sədrinin (o cümlədən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onu əvəz edən səlahiyyətli şəxsin) adından bankın əməkdaşları, həmçinin kənar fiziki və hüquqi şəxslər üçün etibarnamələr hazırlamaq, bu etibarnamələrin vahid reyestrini yaratmaq və aparmaq;
• Bankın problemli kreditlərlə iş üzrə məsul struktur bölməsinin səlahiyyətlərinə aid mübahisələr istisna olmaqla, Banka qarşı qaldırılmış və (və ya) Bankın qaldırdığı iddialar üzrə Bankı aidiyyəti məhkəmələrdə təmsil etmək, mübahisələrin həlli üçün strategiyanı müəyyən etmək, habelə iddia ərizələri və digər sənədləri hazırlamaq;
• Şöbənin funksiyalarına aid olan məhkəmə işlərinin vahid reyestrini yaratmaq və aparmaq;
• Məhkəmə işlərinin aparılması üçün zəruri olan məktub, bildiriş, ərizə və sair şablonları hazırlamaq;
• Bankın gündəlik fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında, ictimai və digər təşkilat və müəssisələrdə Bankın hüquqlarını və mənafeyini qorumaq məqsədilə təmsilçilik etmək;
• Bankı hüquq mühafizə orqanlarında (polis, prokurorluq, ədliyyə, vergi və sair) zərərçəkən şəxs, mülki iddiaçı, mülki cavabdeh qismində təmsil etmək.
Bizim üçün uyğun namizəd:
• Ali hüquq təhsilli;
• Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dillərini bilmək isə üstünlükdür;
• Qeyd olunan istiqamətlər üzrə təcrübəyə malik olması əhəmiyyət kəsb etmir (iş öyrədiləcək)
• MS Office (əsasən MS Word və MS Excel) proqramlarında sərbəst işləmək bacarığı;
• Analitik düşünmə və təhlil qabiliyyəti.