MÜHASİB
Şöbə/Bölmə: Maliyyə şöbəsinin, Mühasibatlıq bölməsi
Vəzifə: Mühasib
Tələblər:
Təhsil: Ali iqtisadi təhsil
İş təcrübəsi: minimum 1-3 il mühasibatlıq sahəsində
Təklif:
Ofis - Dərnəgül, Ziya Bünyadov pr 2071
5 günlük iş qrafiki - 09:00-18:00
Nahar şirkət tərəfindən təmin edilir.
Əmək haqqı – 800 - 1000 azn (Net) Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Vəzifə Öhdəlikləri:
Mühasibat uçotunun düzgün və qanunvericiliyə uyğun aparılması
1C proqramında əməliyyatların düzgün və vaxtında işlənməsi (qaimələr, bank, kassa, depozit, avans, satış, alış və s.)
Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına hesabatların hazırlanması üçün ilkin uçotun aparılması
E-qaimələrin düzgünlüyünün yoxlanması və daxili sistemlərə uyğun sənədlərin təhlili
Debitor və kreditor hesabların uçotu və üzləşmələrin təşkili
Bank əməliyyatları üzrə sənədləşmə və sistemə işlənməsi, ödəniş tapşırıqlarının hazırlanması
Aylıq daxili hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
İlkin sənədlərin arxivləşdirilməsi və sənəd dövriyyəsinin idarə olunması
Maliyyə intizamı və mühasibatlıqla bağlı daxili prosedurlara əməl olunmasının təmin edilməsi
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Açar bacarıq və davranışlar:
Analitik düşüncə və təhlil bacarığı:
Qanunvericiliyə bələdlik:
Diqqət və dəqiqlik:
Vaxtın düzgün idarə olunması:
Komandada işləmək və əlaqə bacarığı:
İntizam və məsuliyyət:
CV-lərinizi “Mühasib” başlığı ilə [email protected] poçt ünvanına göndərməyiniz xahiş olunur.