JFA PARTNERSHİP MMC “Mühasib” vakansiyası elan edir. İş barədə məlumat Vakansiya: Mühasib Fəaliyyət növü: Restoran sferası İş qrafiki: 5 günlük Ünvan: Dağüstü Park, Lermontov küçəsi Əmək haqqı: Razılaşma yolu ilə Qeyd: Nahar şirkət tərəfindən təmin edilir. Namizədə tələblər Təhsil: Ali (maliyyə, mühasibatlıq, iqtisadiyyat və digər oxşar sahələr üzrə) Kompüter bilikləri: MS Office (MS Excell, MS Word, MS Outlook) Dil biliyi: Azərbaycan dili səlis, rus dili orta səviyyədə, Şəxsi keyfiyyətlər:İşində dəqiqlik və detallara diqqətlilik,  məsuliyyətlilik. Vəzifə öhdəlikləri: Vergi və digər dövlət orqanlarına hesabatların hazırlanması və təqdim edilməsi; Müvafiq proqram təminatında işləmək və mühasibat uçotunu aparmaq; Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi və maliyyə proseslərinə nəzarət etmək; İnternet bankçılıq vasitəsilə yerli və xarici köçürmələrə əsasən ödəniş tapşırıqlarının hazırlanması və icra edilməsi; Rüblük muzdlu işlə əlaqədar vahid bəyannamənin hazırlanması və təqdim edilməsi; Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, işçi heyətinin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsinin həyata keçirilməsi; Elektron Qaimə Fakturaların (EQF) tərtib edilməsi və uçotunun aparılması; Elektron qaimələrin yazılmasının və bununla əlaqədar satış sənədlərinin, hesab fakturalarının, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanmasının təmin edilməsi; Rüblük ödəmə mənbəyindən vergi bəyannaməsinin hazırlanması və təqdim edilməsi; Mühasibatlıq sənədlərinin düzgün tərtib olunması və arxivləşdirilməsi; Məhsulun (işin, xidmətin) maya dəyərinin və hesabat kalkulyasiyasının tərtib edilməsi; Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, işçi heyətinin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsinin həyata keçirilməsi; Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini  elektron ünvanın mövzu hissəsində “Mühasib” yazaraq [email protected] ünvanına göndərmələri  xahiş olunur. 

Maaş

800 - 1,200 AZN

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Intern
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan