Reflect Architects komandası olaraq, peşəkar və yaradıcı baxış bucağına sahib təcrübəli memar axtarırıq. Əgər sən həm texniki biliklərini, həm də estetik zövqünü layihələrə əks etdirə bilirsənsə, sənə komandamızda yer var!
Vəzifələr:
Memarlıq layihələrinin konsepsiyadan icraya qədər işlənməsi
Layihə sənədlərinin texniki tərtibatlarının hazırlanması
Tikinti normaları, SNIP və normativ sənədlərlə işləmə təcrübəsi
Müştəri və podratçılarla fəal əməkdaşlıq
Layihələrin vaxtında və keyfiyyətli təhvil verilməsinin təmin olunması
Tələblər:
Memarlıq üzrə ali təhsil
İri layihələndirmə şirkətlərində minimum 3 il peşəkar təcrübə
AutoCAD, Revit, SketchUp, Enscape, Adobe bilikləri
Detallara diqqətli, məsuliyyətli yanaşma və zaman idarəsi bacarığı
Komanda ilə işləmək qabiliyyəti
Yaradıcılıq və təşəbbüskarlıq
Təklif edirik:
5/2 iş qrafiki
İş saatları: 09:30 – 18:00
Ölkə əhəmiyyətli layihələrdə iştirak imkanı
Peşəkar komanda və inkişaf yönümlü mühit
1000-1500 AZN əmək haqqı (namizədin təcrübəsinə uyğun olaraq)
Şəxsi və peşəkar inkişaf imkanları
📩 Müraciət üçün CV və portfolionuzu [email protected] ünvanına göndərə bilərsiniz. Başlıqda “Təcrübəli Memar” yazmağı unutmayın.