Duolingo Nəticəsi Olan və Bu İmtahanı Keçmək İstəyən Tələbələrə Dəstək Göstərə Biləcək Mütəxəssis Axtarılır.   Xahiş olunur sırf Duolingo haqqında çalışan və təcrübəsi olan şəxslər müraciət etsin.   OnFuture MMC haqqında OnFuture MMC – Azərbaycanda fəaliyyət göstərən və beynəlxalq təhsil sahəsində ixtisaslaşmış qabaqcıl şirkətdir. 5 illik təcrübəyə malik olan OnFuture MMC, gənclərin və peşəkarların xaricdə keyfiyyətli təhsil alaraq uğurlu karyera qurmasına dəstək olmağı qarşısına məqsəd qoymuşdur. Əsas fəaliyyət sahələrimiz:     1.    Xaricdə Təhsil Proqramları:     •    Bakalavr, Magistr və PhD proqramlarına qəbul üçün tam məsləhət və sənəd hazırlığı xidməti.     •    Foundation (hazırlıq) proqramları üzrə yerləşdirmə.     •    Yay və qış məktəbləri üçün təşkilatçılıq.     •    Dil kursları (İngilis, Çin, Alman, Polşa və s.) üzrə yönləndirmə.     2.    Ölkələr üzrə yerləşdirmə:     •    Polşa, Latviya, Macarıstan, Rumıniya, Çin, BƏƏ, Monteneqro və digər ölkələrdə tanınmış universitetlərlə əməkdaşlıq.     •    Təhsil haqqı və viza prosesi baxımından əlverişli və münasib seçimlər təqdim edilir.     3.    Viza dəstəyi və məsləhət xidməti:     •    Sənədlərin hazırlanması.     •    Konsulluq müsahibəsinə hazırlıq.     •    Viza ərizələrinin peşəkar şəkildə doldurulması.     4.    Kurslar və Akademik Təlimlər – OnFuture Academy:     •    Data Analitika, IT Business Analysis, Digital Marketing kimi sahələrdə praktiki kurslar.     •    Peşəkar müəllim heyəti və Avropa təcrübəsinə malik təlimçilər.     •    Kurs bitirdikdən sonra Avropada iş imkanı yaradan karyera dəstəyi proqramları.     5.    Şagird və tələbələr üçün fərdi yanaşma:     •    Hər bir namizədin maraq və məqsədinə uyğun təhsil ölkəsi və ixtisas seçimi.     •    Ailələr üçün tam əhatəli informasiya dəstəyi. OnFuture MMC-nin üstünlükləri:     •    Avropa universitetləri ilə birbaşa rəsmi əməkdaşlıq.     •    Uğurlu viza statistikasına malik peşəkar komanda.     •    Şəffaflıq, məsuliyyət və tələbəyönümlü yanaşma.     •    Tələbələr üçün gündəlik sosial media kontenti və maarifləndirici videolar vasitəsilə müntəzəm məlumatlandırma.     •    Xaricdə olan tələbələr üçün gəbul, yerləşdirmə və inteqrasiya dəstəyi. Missiyamız: Azərbaycandan olan gənclərə və peşəkar şəxslərə beynəlxalq səviyyədə keyfiyyətli təhsil imkanları təqdim etmək, onların gələcək karyera və həyat uğurlarına töhfə vermək. Vizyonumuz: Qlobal səviyyədə tanınan və etibarlı təhsil brendi olmaq, regionun ən güclü təhsil və inkişaf platformasına çevrilmək.

Maaş

1,000 - 3,000 AZN

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
17 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Full Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan