• Şirkət daxilində struktur bölmələrlə əməkdaşlıq edərək cari və gələcək işə qəbul tələbatını müəyyən etmək;
• Ehtiyac analizinə əsasən vakansiya profillərinin və vəzifə təsvirlərinin hazırlanması.
• Müxtəlif iş axtarış portalları, sosial media platformaları və peşəkar şəbəkələrdə vakansiyaların vaxtında yerləşdirilməsi.
• Daxil olan CV-lərin təhlili və ilkin seçim mərhələsinin həyata keçirilməsi;
• Müsahibəyə uyğun namizədlərin seçilməsi və çağırılması.
• Müsahibə mərhələsində olan namizədlərlə müntəzəm əlaqə saxlanılması, onlara proses haqqında məlumat verilməsi;
• Qəbul olunmuş namizədlərin sənədləşmə proseslərinin təşkili;
• İşə qəbul nəticələrinin hesabatlarının hazırlanması və analiz olunması.
• İşə qəbul prosesi ilə bağlı müvafiq məlumat bazalarının (CV bankı, namizəd izləmə sistemləri və s.) yenilənməsi;
• Aylıq və rüblük hesabatların hazırlanması, göstəricilərin təhlil edilməsi və rəhbərliyə təqdim olunması.
Tələblər:
• Ali təhsil (İnsan resursları, psixologiya və ya idarəetmə sahəsində üstünlük verilir);
• HR və ya rekrutinq sahəsində 2 il iş təcrübəsi;
• MS Office proqramları ilə işləmə bacarığı;
• Yaxşı ünsiyyət və analiz qabiliyyəti;
• Komanda ilə işləmək bacarığı və təşəbbüskarlıq.
Bəy namizədlərə üstünlük verilir
İşəgötürən: "İnci Group of Companies" QSC
İş yeri: Bakı şəhəri Ulduz metrostansıyası yaxınlığı
İş rejimi: 08.30-17.30 ( 5 günlük iş qrafiki)
Əmək haqqı: Müsahibə əsasında