100% təqaüdlü Süni İntellekt tədrisi
AI Academy peşəkar müəllimlər və müasir tədris metodları ilə tam təqaüdlü süni intellekt dərsləri təqdim edəcək. Hazırda tədris mərkəzində dərslərə qoşulmaq üçün qeydiyyat prosesi davam edir.
AI Academy Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Süni İntellekt Laboratoriyasının təşəbbüsü ilə təsis edilmiş tədris mərkəzidir. Akademiyamız riyaziyyatın incəliklərindən, süni intellektin dərinliklərinə qədər anlayışları özündə birləşdirən tədris proqramları təklif edir.
Akademiyada yüksək ixtisaslı süni intellekt mühəndisi olmaq üçün tələb olunan bütün texniki biliklər sıfırdan və tam təqaüdlü olaraq öyrədilir.
İlkin mərhələ üçün qeydiyyat 29 may saat 12:00-da başa çatacaq. Akademiyanın ilk qruplarında yer almaq fürsətini qaçırmayın.
Qeydiyyatdan keçmək və daha ətraflı məlumat üçün www.aiacademy.az veb-saytına keçid edə bilərsiniz.