Birbankda sənədlərin qeydiyyatını icra edəcək, dövriyyəsini planlaşdıracaq və sənədlərlə çalışa biləcək, bankdaxili biznes prosesləri üzrə təsəvvürə malik olan namizədlər axtarışındayıq. Ali təhsil; Bankçılıq sahəsi haqqında ilkin anlayış; Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti; Rus dili mütləqdir, ingilis dili arzuolunandır; Diqqətlilik və dəqiqlik; Təşəbbüskarlıq və məsuliyyətlilik qabiliyyəti; Microsoft Word, Excel və internetdə işləmə bacarığı. - Daxil olmuş xidməti sənədləri və digər korrespondensiyaları qəbul edir; Zərflərin və ya bağlamaların salamatlığını müəyyənləşdirir; Zərf açılarkən sənədlərin çatışmadığı, zədələndiyi, nömrələrin zərfin üstündə göstərilən nömrələrə uyğun gəlmədiyi, əməkdaşın adının səhv, yaxud natamam yazıldığı, həmçinin bu tipli digər problemlər aşkar edilərsə aidiyyatı üzrə araşdırır; Bankın filiallarından, digər təşkilatlardan, həmçinin vətəndaşlardan daxil olmuş və göndərilən sənədlərin qeydiyyatını aparır, sənədləri çatdırılması üçün şöbənin digər əməkdaşına təhvil verir; Telefon zənglərinə cavab verir, əməkdaşlara müvafiq dəstək göstərir; Banka gələn qonaqları qarşılayır, şəxsiyyət vəsiqələrini qəbul edərək qeydiyyatdan keçirir və qonaqları aidiyyəti üzrə yönləndirir; Banka gələn müştəriləri dinləyir və aidiyyatı üzrə yönləndirir.

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
3 həftə sonra
İş Tipi
Contractual
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan