Description:
Görəcəyiniz işlər:
Bankın rəhbər vəzifəli şəxsi ilə razılaşdırmaqla onun iş gündəliyini müəyyən etmək;
Rəhbərin tapşırığı ilə onun bankdaxili və xarici görüşlərini təşkil etmək, bununla bağlı əlaqələndirmə işləri aparmaq;
Rəhbərə çatacaq sənədlərin imzalanması, sistemə daxil edilməsi və cavablandırılması işini əlaqələndirmək; Rəhbərin qonaqlarını qarşılamaq və yönləndirmək;
Rəhbərə bankdaxili kommunikasiya məsələlərində dəstək göstərmək;
Bankın rəhbərliyi tərəfindən vətəndaşların qəbulunun təşkilində iştirak etmək;
Departament rəhbərliyi tərəfindən vəzifənin əsas məqsədinə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
Bizim üçün uyğun namizəd:
Ali təhsili olan;
Minimum 6 ay iş stajı olan;
Orta səviyyədə ingilis dili və rus dili bilən;
“MS Office” proqramlarında sərbəst işləmək bacarığı olan;
Sənəd dövriyyəsi (kargüzarlıq) sahəsində işləmək bacarığı olan;
Komandada işləmək bacarığı olan
Kommunikasiya bacarıqları olan şəxsdir.