Görəcəyiniz işlər:
Bankın daxili normativ sənədlərinin və biznes proseslərinin müvafiq qanunlara, normalara, qaydalara və peşəkar standartlara uyğunluğunu qiymətləndirmək;
Bankın struktur bölmələrinin qanunvericiliyin tələbləri üzrə suallarını cavablandırmaq, aidiyyəti məsələlər üzrə qanunvericilik sahəsində araşdırmalar aparmaq;
Mövcud qanunvericilik tələbləri baxımından bankın mövqeyini qiymətləndirmək və potensial risklər barəsində rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək;
Komplayens sahəsində daxili normativ sənədlərin layihəsini hazırlamaq;
Müvafiq sahədə bank əməkdaşlarına təlimlər keçmək.
Bizim üçün uyğun namizəd:
Hüquq sahəsində ali təhsili olan;
Maliyyə sektorunda hüquqşünas kimi ən azı 2 il iş təcrübəsi olan;
Mövcud qanunvericiliyin, xüsusilə Mülki Məcəllə, Vergi Məcəlləsi və s., habelə Mərkəzi Bankın normativ sənədləri barədə məlumatlı olan;
Azərbaycan, ingilis dillərini yaxşı səviyyədə bilən;
MS Office proqramları ilə yaxşı səviyyədə işləmək qabiliyyəti olan;
İnduktiv və analitik təhlil bacarığı olan;
Problemləri həll etmə bacarığına sahib olan;
Yaradıcılıq və innovasiya bacarıqlarına sahib olan;
Zamanın idarə edilməsi üzrə bacarığı olan;
Komandada iş bacarıqlarına sahib olan;
Təqdimat bacarığı olan şəxsdir.