Görəcəyiniz işlər:  Əməyin mühafizə üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, sanitariya-gigyena qaydalarını və yanğına qarşı mühafizə tələblərini , mənimsəmək və bu sahədə əməkdaşlara təlimatlar keçmək; Əməkdaşların qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli olan digər mənbələrdə işin yerinə yetirilməsinə nəzarət etmək.; Ağır, zərərli və təhlükəli (qaynaq,hündürlürkdə iş, təmir-tikinti işləri) sahədə çalışan əməkdaşların fərdi mühafizə vasitələrilə təmin  olunmasına və əməkdaşların onlardan istifadə etməsinə nəzarət etmək; Yeni işə başlamış əməkdaşlara əməyin mühafizəsi üzrə ilkin və dövrü təlimatlar keçmək; Əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqında dərhal işəgötürənə məlumat vermək; Ağır, zərərli və təhlükəli sahədə çalışan işçilərin vaxtaşırı (dövrü) tibbi müayinələrdən keçirilməsini təşkil etmək, Dövrü tibbi müayinədən keçməyi imtina edən əməkdaş barəsində, işəgötürənə məlumat vermək; İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmasının, əməyin mühafizəsi üzrə biliklərinin yoxlanmasının təşkil edilməsi və iş yerlərinin atestassiya (tozlanma, rütubətlik, işıqlanma, səs-küy, titrəyiş yoxlanması) olunmasını təşkil etmək Baş ofis strukturlarının yerləşdıyi binalar, filial və şöbələrdə əməyin mühafizəsi və yanğın təhlükəsiliyi üzrə yoxlamalar aparmaq, aşkar olunmuş pozuntular barəsində aidiyyat üzrə və rəhbərliyə məlumat vermək Əməyin mühafizəsi üzrə normalara, texniki-təhlükəsizlik , yanğın təhlükəsizliyi və gigiyena qaydalarına riayət etməyən əməkdaşlar barəsində işə götürənə məlumat vermək, əməkdaşa intizam tənbeh verilməsi və işdən azad olunması üçün rəhbərliyə təqdimat vermək; Rəhbərliyin müvafiq sahə üzrə göstərişlərini icra edilməsi; Bizim üçün uyğun namizəd: Əməyin təhlükəsizliyi, mühəndislik və ya əlaqəli sahələrdə ali təhsil; Əməyin təhlükəsizliyi sahəsində ən azı 3 il təcrübə (Bank təcrübəsi üstünlükdür); Müvafiq yerli və b.eynəlxalq əməyin təhlükəsizliyi qanunları və normativ aktları haqqında məlumat (məsələn, OSHA və ya digər yerli qanunvericilik); İş yerində riskləri qiymətləndirmək və qarşısını almaq üçün müxtəlif metodologiyaları bilməli; Təcili vəziyyətlər üçün müvafiq protokolları bilmək və hazırlamaq bacarığı; Əməyin təhlükəsizliyi üzrə beynəlxalq sertifikatlar arzuolunandır (məsələn, NEBOSH, IOSH və ya digər müvafiq sertifikatlar); Əməyin təhlükəsizliyi ilə bağlı yerli qanun və qaydalara tam bələd olmaq.

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan