Alternativ satış kanalları üzrə kiçik mütəxəssis (KYC istiqaməti)
at
ABB
Freelance
Elanın bitmə vaxtı
3 həftə sonra
Görəcəyiniz işlər:
Müxtəlif kanallardan daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
Kredit və qeyri-kredit məhsulları üzrə onlayn xidmətin təşkili, idarə olunması və yönləndirilməsi;
Gördüyü işlərlə bağlı gündəlik, aylıq, rüblük, illik hesabatı hazırlayıb qrup rəhbərinə, şöbə müdirinə, təqdim etmək;
Bazar araşdırması məqsədilə müştərilərə sorğu xarakterli zənglər etmək;
Birbaşa rəhbər tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəlikləri yerinə yetirmək;
Bankın sağlamlıq və təhlükəsizlik siyasətinin tələblərinə və verilə biləcək əlavə təhlükəsizlik tələblərinə riayət etmək;
Online müraciətlərin video qeydiyyatının aparılması və təsdiqlənməsi;
Müştərilərlə video zənglərin aparılması;
Məsafədən müştəri şəxsiyyətinin eyniləşdirilməsi.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli;
Müvafiq istiqamətdə minimum 1 il təcrübəsi olan;
Cari istiqamət üzrə Mərkəzi Bankın qaydaları və bank işinin əsasları haqqında biliklərə sahib olan;
Azərbaycan (səlis), rus (arzuolunandır) dillərini bilən;
MS Office proqramlarını mükəmməl bilən şəxsdir.