ABB – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət! Bankımız “Biznes kreditlərinin təhlili üzrə təcrübə proqramı”nı elan edir! Gənclərin inkişafına xüsusi diqqət göstərən Bankımız ali təhsilini yeni bitirmiş gənclərə uğurlu karyera imkanları yaradır. Belə ki, onlar “Biznes kreditlərinin təhlili üzrə təcrübə proqramı” nda iştirak edərək ABB-də təcrübə qazanma fürsəti əldə edəcəklər. Namizədlər aşağıda sadalanan keyfiyyətlərə malik olmalıdırlar: Bakalavrın sonuncu ili və ya magistraturada təhsil alan tələbələr və yeni məzunlar (İqtisadiyyat, Biznesin idarəedilməsi, Maliyyə, Mühasibatlıq və audit ixtisası üzrə təhsil almış tələbələrə üstünlük verilir) Maliyyə hesabatları və hesabatların təhlili üzrə nəzəri biliklər; ACCA, CFA, FMVA üzrə ümumi biliklər; Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi arzuolunandır; MS Excel/Word/PowerPoint proqramlarında işləmək qabilliyəti, Təqdimat, kommunikasiya və analitik bacarıqlar. Öyrənə biləcək işlər: Maliyyə hesabatlarının təhlil olunması prosesinin öyrənilməsi; Şirkətlərin biznes fəaliyyətlərinin təhlil olunması prosesinin öyrənilməsi; SWOT, PORTER, Peer analizlərinin aparılması prosesinin öyrənilməsi. Hədəfimiz 3 ay ərzində gənclərimizə şəxsi inkişaf məqsədlərinə çatmağa və gələcək karyera imkanlarını genişləndirməyə kömək etməkdir. Qeyd: Təcrübə proqramını uğurla başa vuran gənclər iş ilə təmin olunacaqlar. Göstərilən tələblərə cavab verən namizədlər careers.abb-bank.az saytında qeydiyyatdan keçərək təcrübə proqramına müraciət edə bilərlər.

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
3 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan