İş barədə məlumat:
Vergi və mühasibat uçotunun aparılması;
Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi;
Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
Şirkətdə bütün proseslərin vahid ERP sistemi üzərindən aparılmasını təmin etmək;
Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
Nahar şirkət tərəfindən ödənilir
5 günlük iş qrafiki
Namizəddən tələblər:
Ali təhsil (yalnız maliyyə və mühasibatlıq sahəsi üzrə)
Minimum 5 il iş təcrübəsi
Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək.
Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Peşəkar mühasib sertifkatı