Xidmət və keyfiyyət şöbəsi üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis
at
ABB
Contractual
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
Müştəri xidməti strukturlarında göstərilən xidmət və keyfiyyəti ölçmək və qiymətləndirmək;
Müştəri xidməti strukturlarının xidmət və keyfiyyət göstəricisi üzrə hesabatları hazırlamaq;
Müştəri xidməti strukturlarının məsafədən və yerində monitorinqləri aparmaq;
Əməkdaşlar arasında daxili davranış qaydalarına və müştəri xidmət standartlarına uyğun davranmadıqda bu halların araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı təkliflər vermək;
Şöbə fəaliyyətinə dair görülmüş işlər barədə hesabatlar hazırlamaq;
Şöbəyə daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlər aparmaq;
Əməkdaşların işinə nəzarət etmək, qiymətləndirmək;
Əməkdaşların təlim ehtiyaclarını müəyyənləşdirmək və bu istiqamətdə təkliflər hazırlamaq.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə;
MS Office proqramlarında sərbəst işləmək bacarığına;
Bank sahəsi üzrə minimum 2 il iş təcrübəsinə;
Azərbaycan və rus dillərində yüksək bilik səviyyəsinə;
Komandada iş bacarığına;
Araşdırma və analitik düşünmə bacarığına;
Təqdimatların hazırlanması bacarığına sahib olan şəxsdir.