Birbankda Xəzinədarlıq Departamentinin Beynəlxalq bankçılıq şöbəsinə beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı koordinasiya edəcək, müxbir hesabların idarəsini və müvafiq sənədləşmə, nəzarət və hesabat proseslərini həyata keçirəcək peşəkar mütəxəssis axtarırıq. Təhsil: Ali iqtisadi təhsil;Təcrübə: Bank sahəsində Xəzinədarlıq üzrə ən az 2 il iş təcrübəsi;Dil bilikləri: Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili bilikləri;Bank Qanunvericiliyi bilikləri;Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;Ünsiyyətqurma bacarığı;Vahid komandada işləmək qabiliyyəti;Məsuliyyətlilik;Detallara qarşı diqqətlilik. İnkişaf imkanlarıRəqabətli əmək haqqı və bonuslarYüksək təminatlı sığortaDəstəkləyici mühitVisa Premium əmək haqqı kartıKorporativ endirimlərKorporativ tədbirlərƏlavə məzuniyyətGüzəştli təhsil və işçi krediti Bankın xarici valyuta ilə Nostro və Loro hesablarının açılması üçün zəruri sənədləşmə işini təşkil etmək, hesab üzrə sənədlərin yenilənməsinə daimi nəzarəti həyata keçirmək;Bankda “Due Diligence”in təşkilində və aparılmasında iştirak etmək;Digər maliyyə institutlarından SWIFT açarlarının mübadiləsi və əməkdaşlıqla bağlı daxil olan müraciətlərə baxmaq, müvafiq yazışma və danışıqları aparmaq;Şöbənin fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq;Maliyyə institutları üçün müəyyən edilmiş limitlərə mütəmadi nəzarəti həyata keçirmək;Bankın müvafiq struktur bölmələrinə şöbənin işi ilə bağlı sorğuları ünvanlamaq, tələb olunan məlumatları əldə edərək təyinatı üzrə istifadə etmək;Əməkdaşlıq edilən maliyyə institutlarının maliyyə durumu, reytinqi və digər vacib məlumatları müxtəlif mənbələrdən əldə etmək və təyinatı üzrə istifadə etmək;Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflər vermək və xarici əməkdaşlığın qurulmasında iştirak etmək;Bank rəhbərliyinin göstərişi əsasında xarici maliyyə təşkilatları ilə işgüzar görüşlərdə iştirak etmək;Yerli və xarici banklarla mövcud müxbir bank şəbəkəsini aktiv şəkildə koordinasiya etmək;The KYC Registry, Bankers Almanac və bu kimi mənbələrdə bankın profilini idarə etmək, məlumatları mütəmadi yeniləmək;İnisiatoru olduğu və istifadə etdiyi modellərə görə cavabdehlik daşımaq.

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
5 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Contractual
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan