VİP Müştərilərlə iş şöbəsi üzrə aparıcı mütəxəssis (Middle office)
at
ABB
Full Time
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
Mərkəzi Bankın və ABB-nin müvafiq normativ hüquqi aktları çərçivəsində bank xidmətlərinin göstərilməsi;
Hesablar üzrə əməliyyatların aparılması, ödəniş tapşırıqları və konvertasiya əməliyyatlarının icra edilməsi, depozit seyflərinin icarəsinin rəsmiləşdirilməsi;
Kreditlərin və əmanətlərin rəsmiləşdirilməsi, debet və kredit kartlarının sifarişi;
Əməliyyatların icrası ilə bağlı müvafiq sənədlərin hazırlanması, yoxlanılması və icrasına nəzarət edilməsi;
Müştərilərin sənədlərinin toplanılması, KYC qaydalarına uyğunluğunun təmin edilməsi, mövcud və yeni cəlb edilmiş imtiyazlı/xüsusi imtiyazlı müştərilərin AƏS-də uçotu ilə bağlı əməliyyatların aparılması;
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması sahəsində eyniləşdirmə və verifikasiya tədbirlərinin, şübhəli əməliyyatların aşkarlanması üçün daxili qaydalara uyğun olaraq, səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi;
Bankın məhsulları və xidmətləri haqqında məlumatlara malik olmaq, vaxtlı-vaxtında bu biliklərin yenilənməsi.
Bizim üçün uyğun namizəd:
Ali təhsillidir;
MS Office proqramlarında işləmək bacarığı vardır;
Bank fəaliyyətini tənzimləyən qanunvericiliklə tanışdır;
Mərkəzi Bankın aktları və normativ sənədləri ilə tanışdır;
Analitik düşüncə tərzinə malikdir;
Problemləri həll etmək bacarığına sahibdir;
Komandada işləmək bacarığı vardır;
Stressə davamlıdır;
Kommunikasiya bacarıqlarına sahib şəxsdir.