Victory Group komandamıza Türkiyənin dövlət və özəl universitetlərinə attestatla qəbul prosesi üzrə təcrübəli mütəxəssis axtarırıq. Əgər sən Türkiyədə ali təhsil imkanlarını, qəbul qaydalarını və tələbə yönləndirmə prosesini yaxşı bilirsənsə – bu vakansiya sənin üçündür! Axtardığımız namizədin profili: • Türkiyə universitetlərinə atestatla qəbul prosesi barədə geniş və praktik biliklərə sahib olmalıdır • Dövlət və özəl universitetlərin qəbul şərtləri, ixtisaslar, təqaüdlər və yerləşmə qaydaları üzrə məlumatlı olmalıdır • Tələbələrlə səmimi və etibarlı ünsiyyət qurma bacarığına malik olmalıdır • Valideynlərə və tələbələrə dəqiq və ardıcıl məlumat verməyi bacarmalıdır • Komanda ilə işləmək və nəticə yönümlü düşünmək bacarığı olmalıdır • Türk dili biliyi və ya bu sahədə əvvəlki iş təcrübəsi üstünlük sayılır Vəzifə öhdəlikləri: • Tələbələrin akademik profillərinə uyğun universitet və ixtisas seçimləri təqdim etmək • Atestatla qəbul təklif edən universitet və proqramları mütəmadi olaraq araşdırmaq və məlumat bazasını yeniləmək • Qəbul sənədlərinin hazırlanmasına nəzarət etmək və tələbələrə bu prosesdə dəstək göstərmək • Tələbə və valideynlərlə fərdi görüşlər aparmaq, suallarını cavablandırmaq • Türkiyədə yerləşmə, qeydiyyat və uyğunlaşma (adaptasiya) prosesi ilə bağlı ilkin məlumat və istiqamət vermək Təklif etdiklərimiz: • Rəqabətli əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi • Stabil və peşəkar iş mühiti • Karyera inkişafı və təlim imkanları • Uğurlu göstəricilərə əsasən maaş artımı və əlavə üstünlüklər • Gənc, enerjili və dəstəkçi bir komandanın üzvü olmaq imkanı

Maaş

700 - 1,000 AZN

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
6 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Intern
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan