Nəzərinizə çatdırmaq istəyirəm ki, Xidmətimizdə yeni #vakansiya mövcuddur. VAKANSİYA: Planlama mühəndisi 📍 İş yeri: Kəlbəcər şəhəri 🏢 İşəgötürən: “Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ ________________________________________ 📝 Vəzifə öhdəlikləri: 🔹 Sifarişçi tərəf kimi layihənin ümumi planlamasının koordinasiyası və podratçıların təqdim etdiyi cədvəllərin təhlili və qiymətləndirilməsi; 🔹    Podratçı təşkilatlar tərəfindən təqdim olunan iş qrafiklərinin (Gantt chart, CPM və s.) texniki əsaslara uyğunluğunu yoxlamaq və təsdiq üçün təqdim etmək; 🔹    Layihələrin gedişatının plan və fakt üzrə müqayisəli təhlilini aparmaq, gecikmələri və səbəblərini müəyyənləşdirmək; 🔹    Tikinti sahəsində vaxt, resurs və texniki proseslərin səmərəliliyinin təhlili və rəhbərliyə hesabatların təqdim olunması; 🔹    Podratçı və subpodratçıların müqavilə öhdəliklərinə uyğun olaraq işlərin vaxtında və düzgün icrasını monitorinq etmək; 🔹    Tikinti qrafiki üzrə aylıq və ya həftəlik icra vəziyyəti barədə rəhbərliyə hesabatların hazırlanması; 🔹    Potensial riskləri öncədən təyin edərək, proaktiv planlama tədbirləri görmək; 🔹    Əraziyə baxışlar və texniki müşahidələr aparmaq, sahədəki işlərin planlamaya uyğunluğunu qiymətləndirmək; 🔹    Layihə üzrə başlanğıc planlama sənədlərinin (Master Plan, Milestone Schedule və s.) hazırlanması və izlənməsi; 🔹    İcrada iştirak edən tərəflərlə planlama üzrə koordinasiyanın təşkili, məlumat axınının səmərəli idarə olunması; ________________________________________ ✅ Namizədə tələblər: 🔹    İnşaat mühəndisliyi, sənaye mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;  🔹    Sifarişçi təşkilatda və ya layihə idarəedici (PMC) strukturlarda planlama və ya nəzarət üzrə minimum 3 il iş təcrübəsi; 🔹    Tikinti layihələrinin idarəedilməsi, normativ sənədlər və işin təşkili üzrə biliklər; 🔹    Podratçı tərəfindən təqdim olunan texniki və planlama sənədlərini oxuyub qiymətləndirmək bacarığı; 🔹    MS Project, Primavera P6 proqramlarında işləmə bacarığı (Yüksək səviyyə), Excel-də hesabat hazırlamaq; 🔹    Tikinti mərhələləri, resurs planlaması və iş qrafiklərinin strukturu haqqında dərin anlayış; 🔹    Yüksək analitik düşüncə, məsuliyyətlilik və texniki hesabatvermə bacarığı; 🔹    Komanda işi və sifarişçi olaraq müxtəlif maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı; 🔹    Azərbaycan dili mükəmməl, texniki ingilis dili arzuolunandır. ________________________________________ 💼 Təklif olunur: •    Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun təminatlar; •    Müsahibə əsasında rəqabətli əmək haqqı; •    Məskunlaşma və nəqliyyat təminatı (lazım olduqda); •    Dövlət sifarişi əsasında həyata keçirilən mühüm və uzunmüddətli tikinti layihələrində iştirak imkanı; •    Planlama və layihə idarəetməsi üzrə peşəkar inkişaf perspektivləri; •    Texniki heyətlə və dövlət strukturları ilə bilavasitə işləmək imkanı. 📩 Müraciət üçün: CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz 🕐 Müraciət üçün son tarix: 31.07.2025

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
4 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan