Texnologiya və Arxitektura sahəsinin QA üzrə mütəxəssis/ aparıcı / baş mütəxəssisi
at
ABB ASC
Part Time
Görəcəyiniz işlər: Rəqəmsal məhsullar üzrə keyfiyyətin təmin edilməsi prossesləri təkmilləşdirmək və standartlaşdırmaq; Proseslərin avtomatlaşdırılması üçün tələb olunan kod strukturları müəyyən etmək və yazmaq; Rəqəmsal məhsullarının keyfiyyətinin artırılması üçün yeni texnologiyaları araşdırılmaq və icra etmək; Rəqəmsal məhsulların keyfiyyətinin daimi şəkildə nəzarətdə saxlanılması üçün CT (continious testing) mühitini inkişaf etdirmək; Komandalarda test ssenarilərinin avtomatlaşdırılması üçün QA əməkdaşlara zəruri olan dəstəyi vermək; Komandalardakı QA əməkdaşların test və keyfiyyətlə əlaqədar bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün təlim və tədbirlərin təşkil etməkdir.Bizim üçün uyğun namizəd: Azərbaycan dilində mükəmməl, ingilis dili orta səviyyədə bilikləri; Bu sahə üzrə 1-3 il iş təcrübəsi; Java üzrə dərin bilikləri; Obyektyönümlü proqramlaşdırma üzrə dərin bilikləri Mobil və Web selector-lar haqqında dərin bilikləri; API strukturları haqqında bilikləri; Selenium Webdriver, Selenium Grid, Appium, Junit, Gauge, Cucumber, RestAssured üzrə iş təcrübəsi; Verilənlər bazası sistemləri üzrə təcrübəsi (SQL, MongoDB və s.) VCS ilə təcrübəsi; Test Automation Framework növləri üzrə bilikləri olan namizəddir.