Görəcəyiniz işlər: Biznes tələblərini başa düşmək, təhlil etmək və onların arxitektura  həllərini hazırlamaq; Qabaqcıl texnologiyaları və alətləri araşdırmaq, layihə nəticələrini yaxşılaşdırmaq üçün ümumi İT strategiyaya uyğun olanı seçmək və dəyərləndirmək; Layihələrin cari arxitektura vəziyyətini (olduğu kimi) təhlil etmək , texniki sənədləri yazmaq və arzu olunan arxitektura həllərini hazırlamaq; Mövcud və gələcək biznes tələbləri ile güclü, çevik, ölçülə bilən, yenidən istifadə edilə bilən və uzunmüddətli dayanıqlı arxitektura həllərini hazırlamaq; Arxitektura həllərini hazırlayan zaman təhlükəsizlik boşluqları, performans maneələri və texniki riskləri müəyyən etmək; Arxitektura həllərinin uyğunluğunu təmin edərək komandalar tərəfindən icrasına nəzarət etmək; Böyük və köhnə sistemlərin necə əlaqələndiyini və bir-biri ilə necə əlaqələndiyini təhlil etmək və anlamaq; Arxitektura həllərini mütəmadi olaraq gözdən keçirərək uyğunluğunu qiymətləndirmək, təkmilləşdirmə sahələrini təyin etmək və dizayn proseslərini sadələşdirməklə effektivliyi artırmaq, xərcləri və səhvləri azaltmaq üçün həll yollarını  təklif etmək; Ən yaxşı təcrübələrə, kodlaşdırma standartlarına və arxitektura prinsiplərinə riayət olunmasını təmin etmək; Komandalara mentorluq etmək, mürəkkəb texniki problemləri həll etməyə kömək etmək; Texniki sənədlərin yazılmasını təmin etmək.   Bizim üçün uyğun namizəd: Kompüter elmləri və ya İnformasiya Texnologiyaları üzrə bakalavr və ya magistr dərəcəsi; Proqramlaşdırma  üzrə  ən azı 6-8 il işpraktiki təcrübəsi, təcrübənin  əhəmiyyətli bir hissəsinin arxitektura və ya aparıcı rolda olması; Mentorluq və layihələri uğurlu nəticələrə aparma üzrə təcrübə; Proqramlaşdırma dilləri haqqında dərin biliklər; Arxitektura, bulud texnalogiyaları (cloud) ve application design pattern bilikləri. API-lərin dizaynı, tətbiqi, idarə edilməsi və RESTful, SOAP daxil olmaqla müxtəlif komponent və xidmətlərin inteqrasiyası üzrə biliklər; Mesaj növbələri (queue) ekosistemini və inteqrasiya nümunələri üzrə dərin biliklər – məsələn, RabbitMQ, Kafka və s. Verilənlər bazası texnologiyaları, həm SQL (PostgreSQL, Oracle) və həm də NoSQL (məsələn, MongoDB), o cümlədən verilənlər bazası dizaynı, optimallaşdırma və miqyaslanma ilə təcrübə; DevOps, Docker, Kubernetes və  CI/CD (GIT flow ) üzrə biliklər; T infrastrukturu,  şəbəkə və bulud texnologiyaları üzrə biliklər; Müxtəlif əməliyyat sistemləri üzrə biliklər; Orkestrasiya və konteyner platformaları ilə iş təcrübəsi; Arxitektura dizayn prinsipləri, nümunələri (mikroservislər,event-driven arxitektura kimi) haqqında biliklər; Güclü problem həll etmək, analiz etmək , ünsiyyət, pozitiv yanaşma, liderlik və əməkdaşlıq bacarıqları, qeyri-texniki əməkdaşlara mürəkkəb texniki anlayışları ifadə etmə bacarığı; Agile idarəetmə prinsipləri üzrə  təcrübəsi olan şəxsdir.

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
17 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Part Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan