Görəcəyiniz işlər:
Biznes tələblərini başa düşmək, təhlil etmək və onların arxitektura həllərini hazırlamaq;
Qabaqcıl texnologiyaları və alətləri araşdırmaq, layihə nəticələrini yaxşılaşdırmaq üçün ümumi İT strategiyaya uyğun olanı seçmək və dəyərləndirmək;
Layihələrin cari arxitektura vəziyyətini (olduğu kimi) təhlil etmək , texniki sənədləri yazmaq və arzu olunan arxitektura həllərini hazırlamaq;
Mövcud və gələcək biznes tələbləri ile güclü, çevik, ölçülə bilən, yenidən istifadə edilə bilən və uzunmüddətli dayanıqlı arxitektura həllərini hazırlamaq;
Arxitektura həllərini hazırlayan zaman təhlükəsizlik boşluqları, performans maneələri və texniki riskləri müəyyən etmək;
Arxitektura həllərinin uyğunluğunu təmin edərək komandalar tərəfindən icrasına nəzarət etmək;
Böyük və köhnə sistemlərin necə əlaqələndiyini və bir-biri ilə necə əlaqələndiyini təhlil etmək və anlamaq;
Arxitektura həllərini mütəmadi olaraq gözdən keçirərək uyğunluğunu qiymətləndirmək, təkmilləşdirmə sahələrini təyin etmək və dizayn proseslərini sadələşdirməklə effektivliyi artırmaq, xərcləri və səhvləri azaltmaq üçün həll yollarını təklif etmək;
Ən yaxşı təcrübələrə, kodlaşdırma standartlarına və arxitektura prinsiplərinə riayət olunmasını təmin etmək;
Komandalara mentorluq etmək, mürəkkəb texniki problemləri həll etməyə kömək etmək;
Texniki sənədlərin yazılmasını təmin etmək.
Bizim üçün uyğun namizəd:
Kompüter elmləri və ya İnformasiya Texnologiyaları üzrə bakalavr və ya magistr dərəcəsi;
Proqramlaşdırma üzrə ən azı 6-8 il işpraktiki təcrübəsi, təcrübənin əhəmiyyətli bir hissəsinin arxitektura və ya aparıcı rolda olması;
Mentorluq və layihələri uğurlu nəticələrə aparma üzrə təcrübə;
Proqramlaşdırma dilləri haqqında dərin biliklər;
Arxitektura, bulud texnalogiyaları (cloud) ve application design pattern bilikləri.
API-lərin dizaynı, tətbiqi, idarə edilməsi və RESTful, SOAP daxil olmaqla müxtəlif komponent və xidmətlərin inteqrasiyası üzrə biliklər;
Mesaj növbələri (queue) ekosistemini və inteqrasiya nümunələri üzrə dərin biliklər – məsələn, RabbitMQ, Kafka və s.
Verilənlər bazası texnologiyaları, həm SQL (PostgreSQL, Oracle) və həm də NoSQL (məsələn, MongoDB), o cümlədən verilənlər bazası dizaynı, optimallaşdırma və miqyaslanma ilə təcrübə;
DevOps, Docker, Kubernetes və CI/CD (GIT flow ) üzrə biliklər;
T infrastrukturu, şəbəkə və bulud texnologiyaları üzrə biliklər;
Müxtəlif əməliyyat sistemləri üzrə biliklər;
Orkestrasiya və konteyner platformaları ilə iş təcrübəsi;
Arxitektura dizayn prinsipləri, nümunələri (mikroservislər,event-driven arxitektura kimi) haqqında biliklər;
Güclü problem həll etmək, analiz etmək , ünsiyyət, pozitiv yanaşma, liderlik və əməkdaşlıq bacarıqları, qeyri-texniki əməkdaşlara mürəkkəb texniki anlayışları ifadə etmə bacarığı;
Agile idarəetmə prinsipləri üzrə təcrübəsi olan şəxsdir.