Azərbaycanda “scent marketing” sahəsində yeni və innovativ həllər təqdim edən SCENTPRO MMC, otel, restoran, mağaza, ofis, tibb mərkəzləri, yaşayış kompleksləri və digər xidmət sahələrinə uyğun beynəlxalq sertifikatlı diffuzorlar və diffuzor kartriclərinin təchizatını həyata keçirir. Hazırda komandamıza Texniki Dəstək Üzrə Mütəxəssis vakansiyası üzrə məsuliyyətli və peşəkar namizəd axtarırıq. ⸻ Vəzifə və öhdəliklər – Diffuzorların quraşdırılması və texniki işlərin icra edilməsi – Müştərilərdə olan diffuzor aparatlarında ətir kartriclərinin dəyişdirilməsi və texniki baxışların aparılması – Aparatlarla bağlı texniki problemlərin müəyyənləşdirilməsi və həlli – Günlük plan və qrafik üzrə tapşırıqların yerinə yetirilməsi – Satış menecerlərinə gün ərzində texniki dəstəyin göstərilməsi – Müştərilərlə düzgün və peşəkar ünsiyyətin qurulması – Müştərilərdən ödənişlərin toplanması – Gündəlik fəaliyyət barədə rəhbərliyə hesabatların təqdim edilməsi – Rəhbərlik tərəfindən müəyyən edilmiş digər hesabatların hazırlanması və təqdim edilməsi – Korporativ siyasət və prosedurlara uyğun olaraq iş prosesinin idarə edilməsi – Rəhbərlik tərəfindən verilən əlavə tapşırıqların icrası ⸻ Namizədə tələblər – Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması (vacibdir) – Texniki sahədə iş təcrübəsi – Azərbaycan dilini səlis bilmək (rus dili arzuolunandır) – Komandada və stres altında işləmə bacarığı – Yüksək ünsiyyət və inandırma bacarığı – İnkişafa meyilli, təşəbbüskar və öz üzərində işləmə bacarığı – Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq – Vaxtın səmərəli idarə olunması bacarığı ⸻ İş şəraiti – 6 günlük iş qrafiki – AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə – İş yeri: Bakı şəhəri, Xətai m., AGA Business Center – Əmək haqqı: 700 AZN + aylıq bonus – Yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır – Korporativ mobil nömrə və danışıq limiti təmin olunur

Maaş

700 - 1,000 AZN

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Intern
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan