Təhlükəsizlik departamentinin Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin mütəxəssisi
at
Kapital Bank
Contractual
Elanın bitmə vaxtı
4 həftə sonra
Biz şöbəmizə daxil olan müraciətləri müxtəlif kanallardan diqqətlə araşdıran, daxil olan sorğulara operativ və rəsmi cavab verən, həmçinin mütəmadi hesabatlar hazırlayan, monitorinqlər aparan və Yerli Şöbə Bölmələrində (YSB) yerində yoxlamalar həyata keçirən məsuliyyətli əməkdaş axtarırıq. Ali təhsil;Araşdırma bacarığı;Analitik düşünmə bacarığı;SQL biliklərinin olması arzuolunandır.Ingilis dili biliyi arzuolunandır Bizimlə işləməyin üstünlükləri ● Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.● Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.● Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.● Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.● Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.● Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.● Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin. Kredit rəsmiləşdirilməsi zamanı filial şəbəkəsi tərəfindən göndərilən arayışların yoxlanılması;Daxil olmuş müraciətlərdə şübhəli məqam aşkar olduqda təxirəsalınmaz tədbirlərin görülməsi;Dövlət və digər qurumlar tərəfindən daxil olmuş sorğuların icrası;Fraud əməlləri aşkarlandığı təqdirdə daxili qaydalara müvafiq tədbirlərin görülməsi;Bankın strukturları və şöbənin digər strukturları tərəfindən fraud ehtimalı daşıyan sorğuların qəbul edilməsi, araşdırılması və tədbirlərin görülməsi;Zərurət yarandıqda YSB-lərdə dələduzluq hallarına dair yerində baxış və ya araşdırmaların aparılması, bank əməkdaşlarından müvafiq izahatların alınıb rəhbərliyə hesabatın təqdim edilməsi;İpoteka kreditləri, mikro kreditlər və istehlak kreditlərinin davamlı monitorinqinin həyata keçirilməsi və fraud hallarının müəyyən edilməsi;Aşkarlanmış hallarla bağlı hesabatın tərtib edilməsi;Əmək müqaviləsi, struktur bölmənin Əsasnaməsi və fəaliyyətinə dair digər bankdaxili hüquqi aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaların icrası;Funksiyalarının icrası məqsədilə Bank əməliyyat sistemlərindən istifadə etmək hüququnun olması.