Python/Django, Bootstrap, Javascript (next.js üstünlükdür) bilən developeri təcrübəyə götürə bilirik. 1 həftə ödənişsiz sınaq müddətidir. Sınaq müddətini uğurla keçən namizəd ödənişli 3 aylıq təcrübə proqramına qəbul edilir və aylıq 150-200 azn arası ödəniş alır. Təkmilləşməyindən asılı olaraq 3 ay sonra junior developer olaraq işə alına bilər.
Sınaq müddətində iş rejimi:
1-5 gün ərzində 11:00-18:00-dək
Təcrübə müddətində iş rejimi:
1-5 gün ərzində 10:00-18:00-dək (ofisdən)
Şənbə: 12:00-16:00 (remote)
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV və hazırladıqları kiçik proyekt varsa onları mövzu hissəsində “Təcrübəçi developer” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Əlavə suallar üçün 050-242-06-89 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz