Tələblər:
Instagram, Facebook, TikTok və digər sosial media platformalarında təcrübə
Kreativ kontent yaratmaq və paylaşmaq bacarığı
Meta Business Suite, Ads Manager və Tiktok Ads ilə işləmə təcrübəsi
Hədəf auditoriyanın düzgün təyini və reklam strategiyasının hazırlanması
Komanda ilə işləmək bacarığı
Azərbaycan dili səlis, rus dili üstünlükdür
Öhdəliklər:
Sosial media strategiyasının hazırlanması
Günlük və həftəlik post planlaması və paylaşımı
Hesabatların hazırlanması və nəticələrin təhlili
Reklam kampaniyalarının qurulması və büdcənin effektiv idarə olunması
Müştərilərlə əlaqələri gücləndirmək və sosial media vasitəsilə onlarla əlaqə saxlanılması
Daxil olan müştəri ismarıcların cavablandırılması
Qeyd: Frilans və ya uzaqdan (remote) rejimdə işləmək mümkündür.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “SMM” qeyd edərək öz CV və portfoliolarını [email protected] elektron poçt ünvanına göndərməyi xahiş olunur.