Rəqəmsal kiçik biznes sahəsinin müştəri təcrübələri üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis (RM)
at
ABB
Freelance
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
Müştəri portretinin müəyyən edilməsi;
Yeni və cari müştəri ehtiyaclarını anlamaq üçün sorğuların tərtib edilməsi ve keçirilməsi;
Müştərilərin geridönüşlərinin mütəmadi qaydada təhlil edilməsi və ehtiyac duyulduğunda məhsul, xidmət, satış kanalı və kampaniya səviyyəsində yenilənmələrin edilməsi üzrə təşəbbüslərin irəli sürülməsi;
Müştəri təcrübəsinin inkişaf etdirilməsi üçün innovativ həllərin təklif edilməsi;
Daimi əsasla qeyri bankçılıq məhsulları üzrə bazarın izlənilməsi. Bazarda fərg yaratacaq nöqtələrin müəyyən edilməsi/sektora yeniliklərin gətilirməsinin təşviq edilməsi;
Proseslərin təhlil edilməsi və optimizasiyası üzrə təkliflərin verilməsi;
İş prosesi zamanı zəruri məlumatların əldə edilməsi üçün aidiyyatı strukturlarla kommunikasiyaların qurulması;
Kampaniyaların, yeni məhsulların yaradılması və carilərin modifikasiya üçün data təhlil və təqdimatların hazırlanması
Bazarda yenilik və rəqiblərin araşdırılmasıdır.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə;
Bank sahəsində minimum 2 il iş təcrübəsinə;
Bank işi və əsasəndə kredit sahəsinə ətraflı biliyə;
Yüksək səviyyədə MS Excel/MS Power Point biliklərinə;
Hesabatlıq və ya analitika istiqamətlərində təcrübəsinə;
SQL, Qliksense biliklərinə (arzuolunandır);
Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
Yüksək kommunikasiya, empatiya və dinləmə bacarığına;
Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.