Rəqəmsal kiçik biznes sahəsinin məsafədən müştərilər üzrə kiçik mütəxəssisi
at
ABB
Part Time
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
Zənglər həyata keçirərək kiçik biznes seqmentinə aid olan yeni müştərilər cəlb etmək;
Cəlb olunmuş müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarının satılmasını təşkil etmək;
Bankın kiçik biznes seqmentinə aid olan müştərilərdən bank xidmətləri üzrə sifarişlərin qəbulunun və satışının həyata keçirilməsini təşkil etmək;
Müştərilərin monitorinqi ilə əlaqədar müvafiq strukturlar üçün zəruri məlumatların əldə olunmasına səlahiyyətləri daxilində dəstək olunmasını həyata keçirmək;
Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək və yarana biləcək problemlərin həllinə dəstək olunmasını təşkil etmək;
Kredit portfelinin keyfiyyətinə daima nəzarət etmək və gecikmələrin aradan qaldırılması üçün müvafiq addımlar atmaq;
Təyin olunan hədəflərin (KPİ) icrası və bununla bağlı görülən işlər barədə mütəmadi olaraq müvafiq platformada qeydlər aparmaq;
Kampaniyaların, yeni məhsulların yaradılması və carilərin modifikasiya üçün data təhlil və təqdimatların hazırlanması
Bank məhsullarının satışı üzrə daxili təlimat və qaydalarla nəzərdə tutulmuş və sahənin fəaliyyətinə aidiyyəti olan digər işləri yerinə yetirmək.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə;
Bank işi və əsasəndə kredit sahəsinə ətraflı biliyə;
MS Excel/MS Power Point bilikləri arzuolunandır;
Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
Yüksək kommunikasiya, empatiya və dinləmə bacarığına;
Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.