Görəcəyiniz işlər: Bankın əsas rəqəmsal kanalları (Kart, Mobil, İnternet Bankçılıq, Əsas Bankçılıq sistemləri) üzrə risk və insidentlərin müəyyən edilməsi; Rəqəmsal kanallar üzrə daxil olan dələduzluq risk və insidentlərinin uçotunun aparılması və kütləvi insidentlərin müəyyən edilməsi hallarında, bankın risklərin idarəedilməsi siyasətinə uyğun tədbirlərin görülməsi və nəzarəti; Bankın rəqəmsal həlləri üzrə risklərin müəyyən edilməsi, təkliflərin razılaşdırılması və tədbirlər planlarının hazırlanaraq tətbiq edilməsinə nəzarətin həyata keçirilməsi; Bankın əsas məhsul və xidmətləri üzrə risk qiymətləndirilməsinin mütəmadi əsasda həyata keçirilməsi və rəsmiləşdirilməsi, nəticələr üzrə kənarlaşma hallarının aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi və nəzarət; Müştəri şikayətlərindən qaynaqlanan və dələduzluq risklərinin idarəedilməsində boşluqların və kənarlaşmaların müəyyən edilərək tövsiyyələrin verilməsi; Aktual rəqəmsal dələduzluq insidentlərinin idarəedilməsi istiqamətində bankdaxili və müştərilər ilə kommunikasiyanın, o cümlədən fərqindəlik tədbirlərinin təşkil edilməsi; Beynəlxalq kart təşkilatlarının bülletenlərinə nəzarətin həyata keçirilməsi və dələduzluq risklərinin öncədən müəyyən edilməsi üzrə araşdırmaların həyata keçirilməsi; Əməliyyat limitlərinin müəyyən edilməsində, o cümlədən beynəlxalq kart təşkilatlarının qaydalarından irəli gələn riskli halların əvvəlcədən müəyyən edilərək dələduzluğun idarəedilməsi sistemlərində ssenari əsaslı qaydaların hazırlanması üzrə tələblərin müəyyən edilməsi; Bankdaxili sənədlərin razılaşdırılması prosesində dələduzluğun idarəedilməsi siyasətinə uyğunluğun yoxlanılması, natamam məqamlarım müəyyən edilərək daha dürüst proses və metodiki göstərişlərin hazırlanmasına nəzarətin həyata keçirilməsi; Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında, dürüst və düzgün şəkildə icra edilməsi.     Bizim üçün uyğun namizəd: Ali təhsilli; Rəqəmsal dələduzluq halları ilə bağlı mövcud qanunvericilik aktlarının tələblərini bilən və icra mexanizmlərini anlayan; Problem həlli və təşəbbüskarlıq göstərən; Məqsədyönlü və tapşırıqların vaxtında yerinə yetirən; Analitik və kritik düşüncəyə sahib şəxsdir.  

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Contractual
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan