Komandamıza kreativ və innovativ dizayn baxışını dəyişəcək Qrafik Dizayner axtarır! Əgər vizual düşüncəni reallığa çevirmək bacarığınız varsa və dizayn sahəsində özünüzü inkişaf etdirmək istəyirsinizsə, sizi komandamıza dəvət edirik.
Əsas Vəzifə Öhdəlikləri:
Şirkətin marketinq və reklam məqsədləri üçün vizual materialların (broşur, flayer, banner, poster, qablaşdırma dizaynları və s.) hazırlanması
Sosial media üçün kreativ postların, story və kampaniya vizuallarının dizaynı
Rəqəmsal və çap platformaları üçün dizaynların brend tələblərinə uyğun hazırlanması
Mövcud dizayn trendlərini izləmək və gündəlik işə tətbiq etmək
Komandadakı digər bölmələrlə sıx əməkdaşlıq edərək effektiv vizual həllər yaratmaq
Tələblər:
Qrafik dizayn və ya əlaqəli sahə üzrə ali təhsil
Yaş həddi:22-35
Sahə üzrə minimum 3 il iş təcrübəsi
Adobe Creative Suite proqramlarını (Photoshop, Illustrator, InDesign və s.) yüksək səviyyədə bilmək
Kreativlik, vizual estetikaya malik olmaq və detala diqqət
Çevik iş rejimində işləyə bilmək, deadline-lara ciddi yanaşmaq
Brend və vizual kommunikasiya anlayışına malik olmaq
Portfolio təqdim edilməsi mütləqdir
İş Şərtləri:
Əmək haqqı: Müsahibə əsasında təcrübə və bacarıqlara uyğun təyin olunacaq
İş rejimi: Həftə içi 5 gün / 09:00 – 18:00
İş yeri: RST Global Plaza, Bakı şəhəri (Ulduz metrosu yaxınlığı)
Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun
Müraciət:
Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə, şəkilli CV və portfolionuzu [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
📢 Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Yaradıcı yanaşma ilə fərq yaratmaq istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!