Görəcəyiniz işlər:
Sistemin (EVAM) komponentlərinin quraşdırılması, idarə olunması və monitorinqi;
Sistemlə (EVAM) bağlı potensial problemləri müəyyənləşdirmək və həll etmək;
SQL verilənlər bazaları ilə işləmək – sorğuların optimallaşdırılması, backup və replikasiya proseslərinə dəstək;
Görülən işlərin texniki sənədlərin hazırlanması;
Digər komanda və müvafiq strukturlarla birgə işləmək..
Bizim üçün uyğun namizəd:
Ali texniki təhsilə (Kompüter Elmləri, Proqram Mühəndisliyi və ya Proqramlaşdırma);
Linux OS üzrə biliklərə;
Yüksək yüklülüklü, böyük həcimli verilənlər bazası ilə işləyən sistemlərin tərtibatında, minimum üç illik iş təcrübəsinə;
SQL(Oracle, PostgreSQL) və NoSQL(MongoDB, Elasticsearch, Redis) verilənlər bazası üzrə biliklər və təcrübəyə;
Monitoring alətləri ilə tanışlığa( Zabbix );
Agile mühitdə, bankda iş təcrübəsinə (arzuolunandır);
Programlashdirma və İT sahəsində bilik və təcrübəyə (arzuolunandır);
Apache İgnite ilə işləmə bacarığına(arzuolunandır);
Real-time customer engagement / journey orchestration / marketing automation sistemləri ilə təcrübəyə(arzuolunandır)
Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.