Midea Caucasus, 2007-ci ildən etibarən Cənubi Qafqaz regionunda fəaliyyət göstərən və Azərbaycanda tikinti texnologiyaları məhsullarını geniş kütləyə əlçatan edən Midea brendinin nümayəndəsidir. Şirkət ekoloji cəhətdən təmiz və enerjiyə qənaət edən texnologiyaların tətbiqinə fokuslanır və regionda elektrotexniki məhsulların aparıcı istehsalçılarından biridir. Bakıda yerləşən yerli ofis (MİCA MMC) 2023-cü ildə yaradılıb və Midea brendinin məhsullarını B2B formatında paylamaq, tərəfdaşlara satışdan sonrakı xidmət, zəmanət xidməti və layihə məsləhətləri ilə dəstək vermək öhdəliyini daşıyır.
Midea tikinti texnologiyaları aşağıdakı məhsul qruplarını əhatə edir:
HVAC sistemləri (İstilik, havalandırma və kondisionerlər);
Lift və eskalatorlar;
Enerji idarəetmə sistemləri;
Ağıllı ev və ağıllı işıqlandırma;
Ağıllı kilidlər.
Vəzifə Təsviri
Bu, Midea Caucasus-un (MICA MMC) Bakı ofisində tam ştatlı və əyani Ofis Meneceri vəzifəsidir.
Əsas vəzifə və öhdəliklər:
Şirkətin müqavilə və sənədlərinin idarə olunması
Müqavilələrin kuryerlə göndərilməsi və qəbul edilməsi
Şirkətə aid rəsmi sənədlərin idarə olunması
Əməkdaşlara görüşlərin planlaşdırılmasında dəstək
Görüş otağının səliqəli və təmiz saxlanması
Qonaqlara çay/kofe hazırlanması
Ofis üçün zəruri material və ləvazimatların alınması
Tələblər və Bacarıqlar:
İngilis və ya Rus dillərindən birində sərbəst danışıq;
Ali təhsilli olmaq (Bakalavr dərəcəsi)
Əlavə Üstünlüklər:
Şirkət daxilində inkişaf imkanı. Vəzifə dəyişikliyi və ya yeni öhdəliklərin qəbul edilməsi mümkündür.