Azərbaycanda “scent marketing” sahəsində yeni və innovativ həlləri müştərilərə təklif edən SCENTPRO MMC, hotel, restoran, mağaza, ofis və iş yerləri, tibb mərkəzləri, yaşayış kompleksləri və digər xidmət sahələrinə uyğun istehsal olunmuş, beynəlxalq sertifikatlı diffuzorlar və diffuzor kartriclərinin təchizatını həyata keçirir.
Hazırda komandamıza Ofis Meneceri vakansiyası üzrə məsuliyyətli və təşəbbüskar xanım namizəd axtarırıq.
Vəzifə və öhdəliklər:
– Ofisə ümumi nəzarətin həyata keçirilməsi
– Kargüzarlıq və sənədlərin idarə olunması
– Sifarişlərin qeydiyyatının aparılması və izlənilməsi
– Gündəlik iş planının hazırlanması və tapşırıqların yerinə yetirilməsi
– Müştərilərlə telefon və onlayn əlaqələrin qurulması
– Sosial media hesablarının idarə olunmasına dəstək
– Rəhbərlik tərəfindən müəyyən edilmiş digər tapşırıqların yerinə yetirilməsi
– Korporativ siyasət və prosedurlara uyğun olaraq iş prosesinin idarə edilməsi
Namizədə tələblər:
– Xanım namizəd
– Ofis proqramlarında (Word, Excel, sosial media platformaları) sərbəst işləmə bacarığı
– Yüksək ünsiyyət və komandada işləmə bacarığı
– Dəqiq, məsuliyyətli və intizamlı olmaq
– Vaxtın səmərəli idarə olunması bacarığı
– Azərbaycan dilini səlis bilmək (rus dili arzuolunandır)
İş şəraiti:
– 5 günlük iş qrafiki (09:00–18:00)
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş yeri: Bakı şəhəri, Xətai m., AGA Business Center
– Əmək haqqı: 600 AZN
– Korporativ mobil nömrə və danışıq limiti