Görəcəyiniz işlər:
Bankın mikro kreditlər seqmentinə aid ola bilən potensial müştərilərin cəlb olunması, mikro kredit portfelinin idarə edilməsi və bu seqmentə aid bütün növ bank məhsullarının satışını təşkil etmək;
Müştəri xidmətləri strukturlarından müştərilərin kredit sifarişlərini qəbul edərək ilkin təhlilin aparılması, müvafiq qərar vermə orqanına təqdim edilməsi üçün aidiyyatı struktur bölmələrlə razılaşdırılması və prosesin sonadək təqib edilməsi işini təşkil etmək;
Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin gecikmələrin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirilmək;
Müştəri biznes obyektlərinə ziyarətləri həyata keçirmək və monitorinqləri aparmaq;
Müvafiq hesabatlar hazırlamaq.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə;
Mikro kreditləşmə sahəsi üzrə minimum 1 il iş təcrübəsinə;
MS Ofis proqramlarında sərbəst işləmək bacarığına;
Hesabatlarla işləmək bacarığına;
Yaxşı səviyyədə ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqlarına sahib olan şəxsdir.