Məlumatların və proqramların təhlükəsizliyi arxitekturası üzrə aparıcı / baş mütəxəssis
at
ABB
Full Time
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
IBM Guardium sistemi üçün təhlükəsizlik və uyğunluq siyasətlərinin idarə edilməsi;
Təhlükəsizlik təhdidlərini və potensial zəiflikləri müəyyən etmək üçün verilənlər bazaların fəaliyyətinə nəzarət və təhlil edilməsi;
Kollektorların ve IBM Guardium agentlərinin , təhlükəsizlik qaydaları və hesabatlarının konfiqurasiyasının təmin edilməsi;
Mövcud sistemlər və təhlükəsizlik siyasətləri ilə düzgün inteqrasiyanı təmin etmək üçün verilənlər bazası administratorları və təhlükəsizlik qrupları ilə əməkdaşlıq edilməsi;
IBM Guardium konfiqurasiyaları, prosedurları və siyasətlərinin sənədlərinin yaradılması.
Potensial təhlükəsizlik pozuntularını aşkar etmək üçün IBM Guardium hesabatlarının və xəbərdarlıqlarının hazırlanılması və icra edilməsi;
IBM Guardium xüsusiyyətləri və funksionallığı ilə bağlı istifadəçilərə və maraqlı tərəflərə təlimatların təqdim edilməsi.
Bizim üçün uyğun namizəd:
Ali təhsil (Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə);
Azərbaycan dili, ingilis dili (texniki) bilikləri;
Oracle, MSSQL ve MongoDB kimi verilənlər bazaları ilə 5 il təcrübə;
Verilənlər bazası təhlükəsizliyi məhsulları ilə təcrübə (IBM Guardium, Imperva);
Verilənlər bazası təhlükəsizliyi konsepsiyaları və prinsipləri haqqında güclü anlayış;
CİS kimi uyğunluq standartlardan anlayışın olması;
Texniki problemləri həll etmə bacarıqları;
Komanda mühitində effektiv işləmək bacarığı ilə güclü ünsiyyət bacarıqları;
Verilənlər bazası fəaliyyətindəki anomaliyaları müəyyən etmək, təhlil etmək bacarığı olan şəxsdir.