Maliyyə tərəfdaşlıq şöbəsinin mütəxəssisi/aparıcı/baş mütəxəssisi
at
ABB
Intern
Elanın bitmə vaxtı
4 həftə sonra
Görəcəyiniz işlər:
Rüblük hədəflərin müəyyənləşdirilməsi, qlobal praktikaya əsasən yeni metriklərin müəyyən olunması (Bankın əlaqəli istiqamətləri üzrə);
Əsas Performans Göstəricilərinin (KPI) idarə edilməsi;
Bankdaxili avtomatlaşdırılmış maliyyə performansının təhlili və hesabatlığın təmin edilməsi (Excel, Macros&VBA);
Rüblük hədəflərin icra nəticələrinin yoxlanılması və təsdiqlənməsi;
Strateji Maliyyə planlamasının aparılmasında qlobal təhlillərin aparılması;
Avtomatlaşdırılmış maliyyə modellərinin qurulması və inkişafı;
Çarpaz funksional əməkdaşlıq və koordinasiya;
Aylıq/rüblük/illik olaraq, mükəmməl səviyyədə təqdimatların hazırlanmasının təmin edilməsi.
Bizim üçün uyğun namizəd:
Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə);
Bank biznesi üzrə bilik və bacarıqlara (Agile metodologiya ilə sıx işləmə təcrübəsi üstünlükdür);
Verilənlərə əsaslanan qərar qəbuletmə: Maliyyə modelləşdirmə, proqnozlaşdırma və ssenari analizində peşəkarlığa;
Üstün səviyyədə Excel və Microsoft Office biliklərinə (SQL bilikləri arzuolunandır);
Biznesi anlamaq, analitik və kritik düşünmə, məntiqi fikir yürütmə bacarığına;
Mükəmməl ünsiyyət və təqdimat bacarıqlarına;
Vaxtın idarə edilməsi bacarıqlarına;
Beynəlxalq sertifikatlar (CFA, CPA, CIMA);
Xarici dil biliyi üzrə sertifikatlar (IELTS, TOEFL, Duolingo) üstünlükdür;
Komandada iş bacarıqlarına sahib olan şəxsdir.