Şirkətimiz haqqında:
Asadzade Sanan LLC beynəlxalq əlaqələri və yüksək keyfiyyətli avtomobil idxalı ilə tanınan, müştərilərinə güvənli və səmərəli həllər təqdim edən bir şirkətdir. Bizim məqsədimiz – peşəkar komanda ilə beynəlxalq standartlara uyğun iş mühiti yaratmaqdır. Bu mühiti daha da möhkəmlətmək üçün təcrübəli maliyyəçi axtarırıq.
Əsas vəzifələr:
* Maliyyə hesabatlarının hazırlanması və təhlili (yerli və beynəlxalq standartlara uyğun)
* Büdcələmə, maliyyə planlaması və nəzarət proseslərinin aparılması
* Şirkətə aid xarici ticarət əməliyyatlarının maliyyə analizinin aparılması
* İdxal olunan avtomobillərlə bağlı dövlət vergi və rüsumların hesablanması
* Xərclərin optimallaşdırılması üçün strateji maliyyə təklifləri təqdim etmək
* Şirkət rəhbərliyinə maliyyə göstəriciləri ilə bağlı mütəmadi hesabatların təqdim olunması
* Bank və xarici tərəfdaşlarla maliyyə əməliyyatlarının idarə edilməsi
Namizəd üçün tələblər:
* Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil
* Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi (beynəlxalq ticarət və idxal-ixrac əməliyyatlarında təcrübə üstünlükdür)
* ACCA, CPA və ya digər beynəlxalq maliyyə sertifikatları arzuolunandır
* IFRS və yerli maliyyə qanunvericiliyi üzrə biliklər
* Azərbaycan və İngilis dillərində yüksək səviyyədə danışıq və yazı bacarığı
* Analitik düşüncə və detallara diqqət
* MS Excel və digər maliyyə proqramlarında yüksək bacarıq
Təklif etdiklərimiz:
* Rəqabətli əmək haqqı və mükafatlandırma sistemi
* Beynəlxalq ticarət mühitində təcrübə qazanmaq imkanı
* Karyera inkişafı üçün təlim və inkişaf imkanları
* Ofis daxilində iş mühiti
* Əmək Məcəlləsinə uyğun sənədləşmə və sosial təminatlar
iş qrafiki 6 günlük iş qrafiki ilə
Müraciət qaydası:
CV və motivasiya məktubunuzu [email protected] ünvanına göndərin. Mövzu hissəsində “Maliyyə üzrə Mütəxəssis” qeyd edin.
Müraciət edən namizədlər yalnız ilkin tələblə