Layihə üzrə Baş Memar (LBM)
Reflect Architects komandası olaraq, peşəkar, təşəbbüskar və liderlik bacarıqlarına sahib Layihə üzrə Baş Memar (LBM) axtarırıq. Əgər sən həm layihənin texniki, həm də yaradıcılıq tərəflərinə rəhbərlik etməyi bacarırsansa, bu vəzifə sənin üçündür!
Vəzifələr:
Memarlıq layihələrinin konseptual və texniki rəhbərliyi
Layihə komandalarının idarə olunması və koordinasiyası
Müştərilərlə görüşlərin həyata keçirilməsi və tələblərinin analiz olunaraq layihəyə uyğunlaşdırılması
İşçi layihələrin hazırlanmasında iştirak və nəzarət
Tikinti prosesində layihə müəllifliyinin həyata keçirilməsi
Müxtəlif ixtisaslı layihə komandalarının idarə olunması
İcrada yaranan problemlərin analizi və həlli
Tələblər:
Memarlıq üzrə ali təhsil
İri layihələndirmə şirkətlərində minimum 5 il peşəkar təcrübə
AutoCAD, Revit (və ya Archicad), SketchUp, Adobe və s. proqramlarda yüksək səviyyədə işləmək bacarığı
Tikinti normaları, SNIP və normativ sənədlərlə işləmə təcrübəsi
Layihələrin hüquqi, texniki və maliyyə aspektlərini anlama bacarığı
Komanda idarəetmə və liderlik qabiliyyəti
Yüksək məsuliyyət, qərarvermə və problem həll etmə bacarığı
Təklif edirik:
5/2 iş qrafiki
İş saatları: 09:30 – 18:00
1800-2500 AZN (namizədin təcrübəsinə uyğun olaraq)
Ölkə əhəmiyyətli layihələrdə rəhbərlik imkanı
Peşəkar komanda və inkişaf yönümlü mühit
Karyera yüksəlişi üçün açıq struktur və dəstək
📍 İş yeri: Bakı, Azərbaycan
📩 CV və portfolionuzu [email protected] ünvanına göndərə bilərsiniz. Başlıqda “Layihə üzrə Baş Memar (LBM)” yazmağı unutmayın.