Layihə üzrə Baş Memar (LBM)  Reflect Architects komandası olaraq, peşəkar, təşəbbüskar və liderlik bacarıqlarına sahib Layihə üzrə Baş Memar (LBM) axtarırıq. Əgər sən həm layihənin texniki, həm də yaradıcılıq tərəflərinə rəhbərlik etməyi bacarırsansa, bu vəzifə sənin üçündür! Vəzifələr: Memarlıq layihələrinin konseptual və texniki rəhbərliyi Layihə komandalarının idarə olunması və koordinasiyası Müştərilərlə görüşlərin həyata keçirilməsi və tələblərinin analiz olunaraq layihəyə uyğunlaşdırılması İşçi layihələrin hazırlanmasında iştirak və nəzarət  Tikinti prosesində layihə müəllifliyinin həyata keçirilməsi Müxtəlif ixtisaslı layihə komandalarının idarə olunması  İcrada yaranan problemlərin analizi və həlli Tələblər: Memarlıq üzrə ali təhsil İri layihələndirmə şirkətlərində minimum 5 il peşəkar təcrübə AutoCAD, Revit (və ya Archicad), SketchUp, Adobe və s. proqramlarda yüksək səviyyədə işləmək bacarığı Tikinti normaları, SNIP və normativ sənədlərlə işləmə təcrübəsi Layihələrin hüquqi, texniki və maliyyə aspektlərini anlama bacarığı Komanda idarəetmə və liderlik qabiliyyəti Yüksək məsuliyyət, qərarvermə və problem həll etmə bacarığı Təklif edirik: 5/2 iş qrafiki İş saatları: 09:30 – 18:00 1800-2500 AZN (namizədin təcrübəsinə uyğun olaraq) Ölkə əhəmiyyətli layihələrdə rəhbərlik imkanı Peşəkar komanda və inkişaf yönümlü mühit Karyera yüksəlişi üçün açıq struktur və dəstək 📍 İş yeri: Bakı, Azərbaycan 📩 CV və portfolionuzu [email protected] ünvanına göndərə bilərsiniz. Başlıqda “Layihə üzrə Baş Memar (LBM)” yazmağı unutmayın.

Maaş

1,800 - 2,500 AZN

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Contractual
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan