Kredit risklərinin təhlili departamentinin KOS kreditlərin təhlili şöbəsinin mütəxəssisi
at
Kapital Bank
Freelance
Elanın bitmə vaxtı
4 həftə sonra
Bu rolun əsas öhdəlikləri müştəri müraciətlərini idarə etmək, kreditləşmə prosesini analiz etmək və riskləri qiymətləndirməkdən ibarətdir. • Ali təhsilə;• Mükəmməl iqtisadi və maliyyə biliklərinə, maliyyə hesabatlarının yığılması və təhlil edilməsi bacarıqlarına;• Analitik düşünmə və çevik qərarvermə qabiliyyətinə;• Məsuliyyətlilik və dəqiqlik keyfiyyətlərinə;• Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyətinə;• Bank qanunvericiliyini biliklərinə sahib olmaq. İnkişaf imkanlarıRəqabətli əmək haqqı və bonuslar Yüksək təminatlı sığortaDəstəkləyici mühitVisa Premium əmək haqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət Güzəştli təhsil və işçi krediti • KOS və korporativ müştərilərin maliyyə və biznes təhlilini həyata keçirilməsi;• Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəliklərin strukturlaşdırılması, onlar barədə rəylərin verilməsi;• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirilməsi, maliyyə vəziyyətindəki dəyişiklikləri izlənilməsi, proqnozların hazırlaması, sifarişin məqsədə uyğunluğunun və effektivliyinin qiymətləndirilməsi;• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra edilməsi.