Korporativ və KOS məhsullar sahəsinin Back-end üzrə baş proqramçısı
at
ABB
Full Time
Elanın bitmə vaxtı
3 həftə sonra
Görəcəyiniz işlər:
Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;
Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;
Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;
Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
Yeni texnologiyaların araşdırılması və tətbiq olunmasıdır.
Bizim üçün uyğun namizəd:
Back-end proqramlaşdırma sahəsində minimum 2 illik iş təcrübəsinə;
Java8, Java EE, Spring Boot üzrə təcrübəyə;
Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə;
RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə təcrübəyə;
Obyektyönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklərə;
Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə biliklərə; (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis)
Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması biliklərinə;
Agile Scrum metodologiyası barədə məlumatlılığa;
Mikroservis arxitekturası üzrə biliklərə;
PL/SQL biliklərinə;
Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.