Korporativ Katiblik Şöbəsinin Sənədlərin Qeydiyyatı və Dövriyyəsi Bölməsinin Təcrübəçisi
at
Kapital Bank
Full Time
Elanın bitmə vaxtı
4 həftə sonra
Birbankda sənədlərin qeydiyyatını icra edəcək, dövriyyəsini planlaşdıracaq və sənədlərlə çalışa biləcək, bankdaxili biznes prosesləri üzrə təsəvvürə malik olan namizədlər axtarışındayıq.
Ali təhsil;
Bankçılıq sahəsi haqqında ilkin anlayış;
Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti;
Rus dili mütləqdir, ingilis dili arzuolunandır;
Diqqətlilik və dəqiqlik;
Təşəbbüskarlıq və məsuliyyətlilik qabiliyyəti;
Microsoft Word, Excel və internetdə işləmə bacarığı.
-
Daxil olmuş xidməti sənədləri və digər korrespondensiyaları qəbul edir;
Zərflərin və ya bağlamaların salamatlığını müəyyənləşdirir;
Zərf açılarkən sənədlərin çatışmadığı, zədələndiyi, nömrələrin zərfin üstündə göstərilən nömrələrə uyğun gəlmədiyi, əməkdaşın adının səhv, yaxud natamam yazıldığı, həmçinin bu tipli digər problemlər aşkar edilərsə aidiyyatı üzrə araşdırır;
Bankın filiallarından, digər təşkilatlardan, həmçinin vətəndaşlardan daxil olmuş və göndərilən sənədlərin qeydiyyatını aparır, sənədləri çatdırılması üçün şöbənin digər əməkdaşına təhvil verir;
Telefon zənglərinə cavab verir, əməkdaşlara müvafiq dəstək göstərir;
Banka gələn qonaqları qarşılayır, şəxsiyyət vəsiqələrini qəbul edərək qeydiyyatdan keçirir və qonaqları aidiyyəti üzrə yönləndirir;
Banka gələn müştəriləri dinləyir və aidiyyatı üzrə yönləndirir.