Alliance Hüquq Mərkəzi” korporativ və kommersiya hüququ sahəsində ixtisaslaşmış “Korporativ hüquqşünas” vakansiyasını elan edir. İş vəzifələri: Hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya), filial və nümayəndəliklərinin qeydiyyatı və fəaliyyətə başlaması üçün hüquqi dəstək və sənədlərin hazırlanması; Əqli mülkiyyət, miqrasiya və digər müvafiq qanunvericiliklə əlaqəli sənədlərin hazırlanması və dövlət qurumlarına müraciətlərin həyata keçirilməsi; Hüquqi sənədlərin təhlili, ekspertizası və təkmilləşdirilməsi; müqavilələrin hazırlanması, nəzərdən keçirilməsi və danışıqların aparılması; Risklərin qiymətləndirilməsi və azaldılması üçün strategiyaların hazırlanması, məhkəmə və digər orqanlarda mənafelərin müdafiəsi; Hüquqi məsləhətlərin verilməsi, layihələrin hüquqi ekspertizası, və dövlət orqanlarında təmsilçilik. Tələblər: Hüquq üzrə bakalavr və magistr dərəcələri; Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilmək; Ən azı 2 il peşəkar təcrübə, korporativ hüquq və prosedurlar sahəsində biliklər; Güclü analitik və tədqiqat bacarığı, yüksək ünsiyyət və komandada işləmək qabiliyyəti; Təşəbbüskarlıq və məsuliyyətlilik. İş və şərait: İş qrafiki: həftədə 5 gün; Ünvan: Nərimanov rayonu, Həsənoğlu küçəsi 4; Əmək haqqı: 1500 manat (net) və yüksək bonuslar. Namizədlər mövzu hissəsində “Korporativ Hüquqşünas” qeyd etməklə, CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Maaş

1500 AZN

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Intern
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan