Vakansiya: Kassir (Qadın)
Şirkət: Balique Seafood Market
Məkan: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat, 10:00–20:30, 6 gün iş, 1 gün istirahət
Haqqımızda:
Balique – Azərbaycanda dəniz məhsulları ticarəti üzrə qabaqcıl şirkətlərdən biridir. Yüksək keyfiyyətli məhsulları və müştəri məmnuniyyətini ön planda tutaraq, restoranlara və fərdi alıcılara xidmət göstəririk.
Vəzifə öhdəlikləri:
Müştərilərin nəzakətlə qarşılanması və xidmət göstərilməsi
Nağd və nağdsız ödənişlərin düzgün şəkildə qəbulu
Kassa əməliyyatlarının həyata keçirilməsi və hesabatların hazırlanması
Kassa aparatının düzgün idarə olunması
Tələblər:
Cinsi: Qadın
Yaş: 20–35
Kassir vəzifəsində minimum 1 il iş təcrübəsi
Kassa proqramında işləmə bacarığı
Rus dilində sərbəst danışıq bacarığı üstünlükdür
Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmaq
Komanda ilə işləmə bacarığı
Təklif edirik:
Sabit və etibarlı iş yeri
Mehriban və peşəkar kollektiv
Nahar yeməyi
Endirimli dəniz məhsulları və digər daxili üstünlüklər