Görəcəyiniz işlər: Kredit və əməliyyat dosyeləri yoxlanılan zaman sənədlərin tamlığının və kreditləşmənin qüvvədə olan bankdaxili qaydalar və metodiki göstərişlərin tələblərinə uyğun verilməsinə nəzarət etmək; Rəhbərliyin tapşırığı əsasında kredit dosyesinin təhlilini və monitorinqini  həyata keçirmək; Kreditlərin (və ya limitlərin) təsdiqlənməsi və kredit ödənişlərinin silinməsinin icrası ilə bağlı əməliyyatları yerinə yetirmək; Kredit əqdləri üzrə düzəlişləri avtomatlaşdırılmış əməliyyat sistemində icra etmək; Məhkəmə işi ilə bağlı sənədləri hazırlamaq və maliyyə arayışlarını tərtib etmək; Kredit dosyelərinin kreditin verilmə tarixi və məhsul növünə uyğun olaraq dolablarda saxlanılmasını təmin etmək; Bağlanmış kreditlər üzrə dosyeləri müvafiq hesabatlıqla ən geci ayda bir dəfə olmaqla yoxlanılaraq aktiv kredit dosyelərindən çıxararaq Mərkəzi arxivin tələbinə əsasən akt əsasında təhvil verilməsini təmin etmək; Digər strukturlardan daxil olan müraciətləri vaxtında cavablandırmaq və tələb olunduqda təhvil-təslim aktı əsasında sənədləri təhvil vermək; Fiziki və hüquqi şəxslərə açılan hesablar üzrə sənədləri, habelə günün digər sənədlərini yoxlamaq, onları tikmək, saxlamaq və arxivləşdirmək; Kreditlərin təminatı qismində çıxış edən girovların yüklülüyə qoyulması və ya yüklülükdən azad edilməsi üçün sorğuları yazmaqdır. Bizim üçün uyğun namizəd: Ali iqtisadi təhsilə; Qeyd olunan sahə üzrə təcrübəsi olan (üstünlükdür); Komandada işləmək bacarığına; İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyətinə malik olan şəxsdir.

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
13 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Freelance
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan