Görəcəyiniz işlər: Valyuta, faiz və digər maliyyə risklərinin idarəsi məqsədilə müştərilərə uyğun hedcinq alətləri (forward, futures, options, swap və s.) üzrə həllərin hazırlanması və təqdim edilməsi; Korporativ və VIP müştərilər üçün fərdi investisiya məhsullarının (strukturlaşdırılmış notlar, AMC-lər, NDF-lər və s.) dizaynı, təqdimatı və satış prosesində iştirak; Mərkəzi Bankın tələblərinə uyğun olaraq bank və müştərilər üçün qiymətli kağızların alqı-satqısı, repo və əks-repo kimi əməliyyatların təşkili və icrası; İnvestisiya əməliyyatları üzrə bazar təhlillərinin aparılması, ticarət imkanlarının qiymətləndirilməsi və aidiyyəti üzrə hesabatların, təqdimatların hazırlanması; Departament üzrə qəbul edilmiş aidiyyəti qərarların, əmr və sərəncamların icrasını təmin etmək, Departamentin direktoru və onun müavininin, şöbə müdirinin  göstəriş və tapşırıqlarını yerinə yetirmək; Limitlər çərçivəsində Bloomberg və digər platformalar vasitəsi ilə danışıqların aparılması və əqdlərin bağlanılması; Bizim üçün uyğun namizəd: Ali iqtisadi təhsil; AR Mərkəzi Bankının investisiya xidmətləri üzrə ixtisas şəhadətnaməsi mütləqdir; Yaxşı səviyyədə Bloomberg və Reuters proqramları ilə işləmək bacarığı; CFA Level 1 və ya CFA Investment Foundations sertifikatları arzuolunandır; Səlis Azərbaycan, İngilis, Rus dillərini bilən; AMB-nin investisiya xidmətləri göstərilməsi üzrə ixtisas şəhadətnaməsinin olması arzuolunandır; Yaxşı səviyyədə MS Office proqramları biliyi olan; Problem həll etmə bacarığı olan; Komandada işləmə bacarığı olan; İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir.

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
4 saat əvvəl
Elanın bitmə vaxtı:
4 həftə sonra
İş Tipi
Intern
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan