“Güvənli” MMC Kredit təşkilatı “İnsan resursları üzrə mütəxəssis” vakansiyası elan edir!
İş haqqında məlumat :
İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi və həmin plana uyğun olaraq elanların müvafiq saytlarda yerləşdirilməsi;
Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
Cari ayın ilk həftəsində bir əvvəlki ayın nəticələrinə uyğun olaraq kadrların,filialların və baş ofisin qiymətləndirilməsini aparmaq;
ƏMAS portalında işçilərin qəbulu,xitami,əmək müqavilələrində dəyişikliklərin aparılması;
Ay sonu işçilərin performans dəyərləndirilməsi hesabatını hazırlamaq və həmin dəyərləndirməyə uyğun olaraq bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
Ştat cədvəlinin hazırlanması, dəyişikliklərin və əlavələrin edilməsi;
İşçilərin şəxsi işlərinin tam və düzgün şəkildə formalaşdırılması və arxivləşdirilməsi;
İşçilərin tabel uçotunun aparılması və davamiyyətə daimi nəzarət;
İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 18:00-dək, şənbə günü: 10:00-dan 16:00-dək.
Tələblər :
İR sahəsində minimum 2 il iş təcrübəsi;
Ali təhsil (Menecment və ya İqtisadi sahələr üzrə təhsil üstünlükdür);
Əmək qanunvericiliyini və kadr kargüzarlığı biliklərinin yüksək olması;
Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı.
Müraciət: Göstərilən tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərməlidir. Mövzu hissəsində "İnsan resursları üzrə mütəxəssis" qeyd olunmalıdır.