İdxalçı Menecer (Avtomobil Sifarişləri üzrə)
Vəzifə öhdəlikləri:
Çindən Azərbaycana avtomobil idxalı prosesinin idarə olunması
Müştərilərdən sifarişlərin qəbulundan sonra sifarişlərin düzgün şəkildə icrası və idarə edilməsi
Çinli tədarükçülərlə davamlı əlaqələrin saxlanılması və onları davamlı izləmək
Müştərilərə idxal prosesi ilə bağlı həmçinin onların sifariş etdikləri avtomobillər barəsində düzgün və ətraflı məlumatların verilməsi
Gömrük sənədləşməsi və logistika proseslərinin nəzarətdə saxlanılması
Tələblər:
Əla səviyyədə azərbaycan dili, yaxşı səviyyədə ingilis dili
Çin bazarı və avtomobil idxalı ilə bağlı təcrübə arzuolunandır
Mükəmməl ünsiyyət səlist nitq və fikiri düzgün izah etmək bacarığı
Məsuliyyətli, dəqiq və nəticəyə yönəlik iş prinsipi
Avtomobil sektoruna maraq və texniki biliklər üstünlükdür
MS Office programları ilə əla səviyyədə işləmə bacarığı
Təklif edirik:
Rəqabətli əmək haqqı və bonus sistemi
Peşəkar komanda və inkişaf mühiti
Stabil iş və davamlı sifariş axını ilə işləmək imkanı
Karyera yüksəlişi üçün imkanlar
Əmək haqqı: 700 AZN-dən başlayaraq.