Şirkətimiz 10 ilə yaxın müddətdir ki, əcnəbi vətəndaşlar üçün Azərbaycan Respublikasında qanunauyğun formada yaşama, biznes, təhsil və s. sahələrdə hüquqi və digər lazımi xidmətlərin göstərilməsini peşəkar səviyyədə həyata keçirməkdədir. İşçinin əmək funksiyası: Hüquqi sənədlərin (müqavilələr və digər sənədlərin) azərbaycan və ingilis dilində tərtib edilməsi; Dövlət orqanlarına ərizə, şikayət məktub, arayışların hazırlanması və göndərilməsi; İcraatda olan işlərlə bağlı müvafiq dövlət və məhkəmə orqanlarına müraciətlərin hazırlanması, həmin orqanlara təqdim etmək məqsədilə materialların hazırlanması və şirkətin təmsil edilməsi; Birbaşa rəhbəri tərəfindən veriləcək digər tapşırıqların icra edilməsi;   Tələblər: Yaş həddi: 20-25; “Hüquqşünaslıq” ixtisası üzrə ali təhsil mütləq deyil, lakin hüquq sahəsində geniş məlumatlara malik olmalıdır; Hər hansısa təcrübə tələb olunmur, namizəd uğurla seçildiyi təqdirdə hər şey qanuni formada öyrədiləcək; Dil bilikləri: Azərbaycan dili-mükəmməl, İngilis dili-əla, digər xarici dillər bilmək üstünlükdür; Ünsiyyət qurmaq və komandada işləmək bacarığı; Daim öyrənmək həvəsi, özünü inkişaf etdirmək; MS OFFİCE proqramlarını yüksək səviyyədə bilmək; Səlis danışıq, dinləmə, operativlik və detallara diqqətlə yanaşmaq bacarığının olması;   İş şəraiti: İş qrafiki həftədə 5 (beş) gün (saat 10:00-18:00); Əməkhaqqı müsahibə zamanı namizədin bilik və təcrübəsinə əsasən təyin olunacaqdır; Tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsində“Hüquqşünas” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Maaş

Razılaşma ilə

Monthly based

Məkan

Bakı, Azərbaycan

İşə Baxış
Elan əlavə edildi:
1 gün əvvəl
Elanın bitmə vaxtı:
3 həftə sonra
İş Tipi
Full Time
İş Rolu
Digər
Təhsil
Any
Təcrübə
Fresher
Ümumi Vakansiyalar
1

Bu İşi Paylaşın:

Məkan

Bakı, Azərbaycan